Главная > Siyasət / Manset > Avropa İttifaqından Azərbaycanın beş erməni hərbçini təhvil verməsinə REAKSİYA
Avropa İttifaqından Azərbaycanın beş erməni hərbçini təhvil verməsinə REAKSİYA9-09-2022, 10:47. Разместил: admin |
Avropa İttifaqı Azərbaycan tərəfinin beş erməni hərbçisinin Ermənistana təhvil verilməsini alqışlayır. Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz “Twitter”ində yazıb. “Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq. Bu, əhəmiyyətli humanitar jestdir və eyni zamanda təhvil-təslim prosesi olmadan bunun baş tutması isə diqqətəlayiqdir”, - Toivo Klaar vurğulayıb. Вернуться назад |