Главная > Siyasət > İranlı deputat: “İran və Azərbaycan arasında nəqliyyat əlaqələrinin inkişafı regionun xeyrinədir”
İranlı deputat: “İran və Azərbaycan arasında nəqliyyat əlaqələrinin inkişafı regionun xeyrinədir”5-09-2022, 19:15. Разместил: admin |
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Mahmud Abbaszadə Meşkini bəyan edib ki, Astaranı Azərbaycan Respublikası ilə birləşdirən dəhliz İranı Rusiya və Avropa ilə də birləşdirə bilər və hazırda bu məsələnin gerçəkləşməsi üzərində iş gedir. A.Meşkini İranın şimal-qərbdə Azərbaycan və digər qonşu ölkələrlə nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı bildirib ki, region ölkələri, xüsusilə qonşuları ilə əlaqələrin möhkəmləndirilməsi İranın diplomatiya sahəsindəki ən mühüm siyasətlərindən biridir. Ərdəbil vilayətinin Meşkinşəhr şəhərini İslam Şurası Məclisində təmsil edən millət vəkili əlavə edib: “Azərbaycan Respublikası regionun mühüm və inkişaf edən ölkələrindən biridir və Qafqazın mərkəzində yerləşir, həm də İranla eyni dili, mədəniyyəti, tarixi, dini və ortaq maraqları paylaşır”. Вернуться назад |