Главная > Siyasət / Manset > Rusiyanın Ukraynadakı canlı qüvvə itkiləri 50 minə yaxınlaşır

Rusiyanın Ukraynadakı canlı qüvvə itkiləri 50 minə yaxınlaşır


5-09-2022, 10:18. Разместил: admin
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 49 500 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 049 tank, 4 430 zirehli döyüş maşını, 1147 artilleriya sistemi, 294 reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi, 236 təyyarə, 206 helikopter, 864 PUA, 203 qanadlı raket, 15 gəmi, 3 276 avtomobil texnikası və avtosistern, 106 xüsusi texnikadan ibarətdir.
Вернуться назад