Главная > Siyasət / Manset > “Qarabağ erməniləri siyahıya alınmalıdır”
“Qarabağ erməniləri siyahıya alınmalıdır”3-09-2022, 11:25. Разместил: admin |
“Qarabağ erməniləri onların dəqiq sayını və statusunu (yerli və ya gəlmə olmaları), eləcə də Ermənistan vətəndaşlığından imtina edib, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olub-olmadıqlarını dəqiqləşdirmək üçün siyahıya alınmalıdırlar”. Bunu rusiyalı ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko feysbuk hesabında yazıb. “Ortaya belə bir sual çıxır- siyahıyaalma hansı mərhələdə və necə keçirilməlidir? Əlbəttə, erməni qanunsuz silahlı dəstələri Qarabağdan çıxarıldıqdan və separatçıların administrasiyası fəaliyyətini dayandırdıqdan sonra. Siyahıyaalmanı 2023-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyi və statistika orqanları həyata keçirə bilər”, - deyə İ.Korotçenko vurğulayıb. Вернуться назад |