Главная > Siyasət / Manset > Rusiyada Çin və Hindistanın iştirakı ilə başlayan təlimlərdə Azərbaycan ekspertləri müşahidəçidirlər

Rusiyada Çin və Hindistanın iştirakı ilə başlayan təlimlərdə Azərbaycan ekspertləri müşahidəçidirlər


1-09-2022, 11:23. Разместил: admin
Rusiyada 50 mindən çox hərbi qulluqçu, həmçinin beş mindən çox silah və hərbi texnikanın iştirak etdiyi “Vostok-2022” strateji komanda-qərargah təlimi başlayıb.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin verdiyi məlumata görə, təlimlər Şərq Hərbi Dairəsinin yeddi poliqonunda, eləcə də, Oxot dənizi və Yapon dənizinin sularında və sahil zonalarında gedir.

Manevrlərə 140 təyyarə, 60 döyüş gəmisi, kater və yardımçı gəmilər cəlb olunub.

Təlimləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin və digər tərəfdaş dövlətlərin, o cümlədən Azərbaycan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan və Tacikistanın ekspertləri müşahidə edirlər.

Manevrlər sentyabrın 7-dək davam edəcək.
Вернуться назад