Главная > Siyasət > Azərbaycanın qonşusunda deputatları parlamentə buraxmadılar

Azərbaycanın qonşusunda deputatları parlamentə buraxmadılar


18-11-2019, 12:50. Разместил: azadses
Etirazçılar binaya girişləri bağlayıblar
Tiflisdə etiraz aksiyası keçirənlər deputatları parlament binasına buraxmayıblar. Müxalifət nümayəndələri və onların tərəfdarları növbədənkənar parlament seçkisi keçirilməsini tələbi ilə parlament binasının ətrafında çadırlar qurub, zəncirlə sədd çəkiblər. Bitişik ərazilərə isə qum torbaları düzülüb. 
Mitinq edənlər ilk olaraq parlamentə deputat Revaz Arveladzeni buraxmayıblar. Onlar "get" deyə şüarlar səsləndiriblər. Deputat bu halda zarafat da edib. O, deyib ki, əgər deputat ola bilməsə köhnə peşəsinə geri dönəcək və universitetlərdə məruzə oxuyacaq.
Ondan sonra Qiya Jorjoliani və Merab Kvaraya da binaya daxil olmaq istəyib. Lakin baş verən toqquşmaya görə deputatlar ərazini polisin müşayiəti ilə tərk edə biliblər. 
Etirazçılar tələbləri təmin edilməyənə qədər parlamentin bloklanmasını davam etdirəcəklərini bildiriblər. Tələblər proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi, hökumətin istefası və Mərkəzi Seçki Komissiyanın tərkibinin dəyişdirilməsidir. 




Вернуться назад