Главная > Siyasət / Manset > ABŞ və Tayvan yeni ticarət təşəbbüsü ilə bağlı rəsmi danışıqlara başlayacaqlar
ABŞ və Tayvan yeni ticarət təşəbbüsü ilə bağlı rəsmi danışıqlara başlayacaqlar18-08-2022, 17:48. Разместил: admin |
Çinlə gərginliyin yüksək olduğu bir vaxtda ABŞ hökuməti Pekinlə suverenlik münaqişəsində olan Tayvanla yeni ticarət təşəbbüsü çərçivəsində rəsmi danışıqlara başlayacağını açıqlayıb. Birləşmiş Ştatlar və Tayvan “21-ci Əsr Ticarəti üzrə ABŞ-Tayvan Təşəbbüsü” çərçivəsində danışıqlara dair razılığa gəliblər. Danışıqların birinci raundunun bu ilin payızının əvvəlində baş tutacağı gözlənilir. “Biz yüksək standartlı öhdəliklər və mənalı nəticələr əldə etmək üçün 21-ci əsrin daha ədalətli, daha firavan və dayanıqlı iqtisadiyyatının qurulmasına kömək edəcək danışıqlarda 11 ticarət sahəsini əhatə edən iddialı bir proqram həyata keçirməyi planlaşdırırıq”, - deyə ABŞ Ticarət Nümayəndəsinin müavini Sara Biançi açıqlamasında bildirib. İyunun 1-də ABŞ və Tayvan iqtisadi və ticarət əlaqələrini gücləndirmək üçün yeni təşəbbüs irəli sürüb və bu çərçivədə danışıqlar üçün yol xəritəsi hazırlamaq niyyətlərini açıqlayıblar. Вернуться назад |