Главная > Siyasət / Manset > Türkiyə ilk zirehli pilotsuz gəmisinin kütləvi istehsalına başlayır - FOTO
Türkiyə ilk zirehli pilotsuz gəmisinin kütləvi istehsalına başlayır - FOTO12-08-2022, 20:48. Разместил: admin |
Türkiyənin “Ares” gəmiqayırma zavodu zirehli pilotsuz ULAQ gəmisinin kütləvi istehsalına başlayıb. Bu barədə gəmiqayırma zavodunun sözçüsü Onur Yıldırım xəbər verib. Onun sözlərinə görə, gəmi 12,7 mm-lik “Koralp” döyüş modulu ilə təchiz olunub. Gəmi atəş sınaqlarından yanvar ayında keçib. ULAQ-ın üzmə məsafəsi 400 km, maksimal sürəti saatda 65 km-dir. Pilotsuz gəmi peyk vasitəsilə idarə oluna bilər. O, həm də avtonom şəkildə tapşırıqları yerinə yetirə bilir. Вернуться назад |