Главная > Siyasət / Manset > Tramp ifadə vermək üçün prokurorluğa gəldi
Tramp ifadə vermək üçün prokurorluğa gəldi11-08-2022, 12:23. Разместил: admin |
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-York əyalətinin baş prokuroru Letisia Ceymin ofisinə onun “Trump Organization”dakı maliyyə fırıldaqçılığı ilə bağlı iddiası üzrə ifadə vermək üçün gəlib. O, qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək istintaqın sullarını cavablandırmaqdan imtina edib. Səfərindən öncə Ağ Evin keçmiş sahibi “Truth Social” sosial şəbəkəsində Nyu-Yorkun baş prokuroruna “ABŞ tarixinin ən böyük ifritə ovunun davamı çərçivəsində” baş çəkəcəyini bildirib. “Mən və mənim şirkətim hər tərəfdən hücuma məruz qalır. Banan Respublikası”, - Tramp qeyd edib. Xatırladaq ki, hələ aprelin əvvəlində Nyu York ştatının Baş Prokuroru siyasətçinin şirkətindəki maliyyə fırıldaqçılığı ilə bağlı iddia qaldırmaq niyyətində olduğunu bildirib. Baş prokurorun sözlərinə görə, Tramp prokurorluğun tələbinə və məhkəmənin göstərişinə baxmayaraq, lazımi sənədləri təqdim etməkdən imtina edib. 2021-ci ilin iyul ayında “Trump Organization” və onun baş maliyyə direktoru Allen Vayselberq vergidən yayınma, fırıldaqçılıq, mənimsəmə və saxtakarlıqda ittiham olunub. Вернуться назад |