Главная > Siyasət / Manset > “İslami cihad”ın yüksək rütbəli komandirlərindən biri öldürülüb
“İslami cihad”ın yüksək rütbəli komandirlərindən biri öldürülüb7-08-2022, 11:22. Разместил: admin |
Radikal “İslami cihad” qruplaşmasının yüksək rütbəli komandiri Xalid Mənsurun İsrailin aviahücumları nəticəsində ölüb. Bu barədə “Reuters” qruplaşmadakı mənbələrinə istinadən xəbər yayıb. Hərbi kəşfiyyat məlumatlarına görə, Xalid Mənsur son onilliklər ərzində İsrailə qarşı terror və raket hücumlarının təşkilində fəal iştirak edib. Mənsurla birlikdə “İslam cihad”ın siyasi rəhbərliyinin üzvü Əhməd Mədləl də öldürülüb. Bundan əvvəl İsrailin Qəzza zolağına endirdiyi aviazərbə zamanı fələstinli qruplaşmanın daha bir komandirinin öldüyü məlum olub. Вернуться назад |