Главная > Siyasət > “Nezavisimaya qazeta”: Türklər Azərbaycanı böyük müharibəyə hazırlayır

“Nezavisimaya qazeta”: Türklər Azərbaycanı böyük müharibəyə hazırlayır


29-07-2020, 10:55. Разместил: azadses
Rusiyanın “Nezavisimaya qazeta” Naxçıvana Türkiyə ordusunun 11 minlik qruplaşması daxil olması barədə məqalə hazırlayıb. 
Azad Səs-in məlumatına görə,  Azərbaycan KİV-lərinin bu barədə xəbərlərini şərh edən rua qəzeti yazır: 
"Əgər bu məlumatlara inansaq o zaman diviziya gəlib və bu, sayca Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında dislokasiya olunmuş canlı qüvvəyə bərabərdir. Amma telekadrlara və Türkiyə ordu kalonunun Naxçıvana daxil olmasını əks etdirən videoroliklərə əsasən hazırda Naxçıvandakı Əlahiddə Ümumqoşun ordunun qarnizonlarında (zirehli obyektlərin, treylerlərin və avtobusların sayı nəzərə alınarsa) hazırda Türkiyə ordusunun təxminən 1000 nəfərlik batalyon taktiki qruplaşmasının yerləşdirildiyini təxmin etmək olar. Taktiki normativlərlə bu qruplaşma Ermənistan ərazisindəki istənilən hədəfi vura bilən reaktiv yaylım atəşi sistemləri və zərbə aviasiyası ilə gücləndirilə bilər. Yerli KİV-lərin xəbərlərinə görə, Azərbaycanın digər regionlarına da hava yolu ilə Türkiyə ordusunun əlavə bölmələri, hərbi təyyarələr və vertolyotlar çatdırılıb. Bu bölmələr Bakı yaxınlığında, habelə təmas xətti və Ermənistanla sərhəddəki poliqonlarda manevrlərdə iştirak edəcəklər.
Oradakı türk əsgər və zabitlərinin sayı nisbətən kiçikdir-hər istiqamət üzrə hərəsində 30-50 nəfər olmaqla bir-iki bölmədən çox deyil. Türkiyə aviasiyasi manevrlərdə hansı miqyaslarda iştirak edəcək, bu haqda məlumat yoxdur.
Türkiyə ordusunun lokal münaqişələrdə (məsələn, Suriya, Liviya və İraqda) döyüş tətbiqinin müasir təcrübəsi göstərir ki, Ankara çoxdandır sayla yox, ağılla, bacarıqla döyüşür. Türkiyə Silahlı Qüvvələri zərbə pilotsuz aparatlarını, təyyarələri və vertolyotları, HHM vasitələrini, habelə düşmən arxasında diversiya əməliyyatları həyata keçirən xüsusi təyinatlı bölmələri geniş tətbiq edir.  Və Türkiyə öz təcrübəsini Azərbaycana öyrətməyə hazırdır. Görünür Azərbaycan və Ermənistan sərhədindəki toqquşmalardan sonra iyulun 16-da Bakı və Ankara hərbi rəhbərlikləri arasında gedən danışıqlarda da bu müzakirə olunub. Həmin vaxt Azərbaycan HHQ-nin komandanı, general Ramiz Tahirovun rəhbərliyi ilə hərbi heyət Ankarada danışıqlar aparıb. Bir həftə sonra, iyulun 22-də Türkiyənin Milli Təhlükəsizlik Şurası bəyannamə qəbul edərək Ermənistanın illərdir işğal altında saxladığı ərazilərin azad edilməli olduğunu bildirib. Prezident Ərdoğan tərəfindən imzalanmış sənəddə deyilir ki, Türkiyə qardaş Azərbaycan xalqının öz ədalətli mübarizəsində seçdiyi istənilən həll yolunu dəstəkləyəcək".

Вернуться назад