Главная > Siyasət / Manset > Türkiyə Ali Hərbi Şurasının qərarları açıqlandı: General və admiralların sayı artırılacaq - YENİLƏNİB

Türkiyə Ali Hərbi Şurasının qərarları açıqlandı: General və admiralların sayı artırılacaq - YENİLƏNİB


4-08-2022, 19:43. Разместил: admin
Türkiyə Ali Hərbi Şurasının qərarları açıqlanıb.

Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.

Qəbul edilən qərara əsasən, Baş Qərargah rəisi, general Yaşar Gülərin səlahiyyət müddəti bir il uzadılıb, aralarında Dəniz və Hərbi Hava Qüvvələri komandirləri də daxil olmaqla 38 general və admiral təqaüdə göndərilib. 16 general və admiralın rütbəsi yüksəldilib.

Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı general Hasan Küçükakyüz təqaüdə göndərilib. Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu Hərbi Dəniz Qüvvələri Komandanlığına, Döyüşçü Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan isə Hərbi Hava Qüvvələri Komandanlığına təyin edilib.

16 general və admiral daha yüksək rütbəyə təyin edilib, 47 polkovnik isə general və admiral rütbəsinə yüksəldilib. Bu qərar Ali Hərbi Şurada 30 avqust 2022-ci il tarixindən qüvvəyə minib.

40 general və admiralın səlahiyyət müddəti bir il, 313 polkovnikin səlahiyyət müddəti isə iki il uzadılıb.

30 avqust 2022-ci il tarixindən isə 38 general və admiral təqaüdə göndəriləcək.

Hazırda 264 nəfər olan general və admiralların sayı 30 avqust 2022-ci il tarixindən etibarən 273-ə yüksələcək.

16:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Ali Hərbi Şurası (YAS) toplanıb.

Toplantıya Şura üzvlərindən vitse-prezident Fuad Oktay, milli müdafiə naziri Hulusi Akar, ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, xəzinə və maliyyə naziri Nurəddin Nebati, milli təhsil naziri Mahmut Özer, Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı general Həsən Küçükakyüz qatılıb.

Toplantıdan əvvəl Prezident Ərdoğanın başçılıq etdiyi Ali Hərbi Şura heyətinin üzvləri Anıtkabiri ziyarət edib.

Saat 12:30-da başlayan və qapalı keçirilən görüş təxminən 1 saat davam edib.
Вернуться назад