Главная > Siyasət / Manset > Ukraynadan ərzaq daşıyan ilk gəmi İstanbula çatdı - YENİLƏNİB
Ukraynadan ərzaq daşıyan ilk gəmi İstanbula çatdı - YENİLƏNİB2-08-2022, 22:55. Разместил: admin |
Ukraynadan dənli bitkilər daşıyan ilk yük gəmisi İstanbula çatıb. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, qarğıdalı ilə yüklənmiş “Razoni” quru yük gəmisi Qara dənizdən Bosfor boğazına daxil olub və onun üçün ayrılan yerdə lövbər salıb. Gəminin sabah səhər saaatlarında birgə təftiş heyəti tərəfindən yoxlanılacağı bildirilib. 20:21 Bazar ertəsi səhər saatlarında Odessa limanından ayrılan Syerra Leone bayrağı altında üzən və Ukrayna dənli bitkilərilə yüklənmiş “Razoni" yük gəmisi çərşənbə axşamı yerli vaxtla saat 21:00 radələrində (Bakı vaxtilə saat 22:00-da) İstanbula çatacaq. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat verib. Gəminin artıq Türkiyənin ərazi sularına daxil olduğu bildirilib. “Birgə təftiş heyəti sabah səhər saatlarında gəmini yoxlamağa başlayacaq”, - nazirliyin açıqlamasında deyilir. Вернуться назад |