Главная > Siyasət / Manset > Azərbaycan, Özbəkistan və Türkiyə bütün ölkələrin ərazi bütövlüyünə qəti dəstəyini bir daha təsdiqləyib

Azərbaycan, Özbəkistan və Türkiyə bütün ölkələrin ərazi bütövlüyünə qəti dəstəyini bir daha təsdiqləyib


2-08-2022, 15:52. Разместил: admin
“Bugünkü görüş yüksək səviyyəli danışıqların məntiqi davamı və üç strateji və mənəvi cəhətdən yaxın tərəfdaş dövlət üçün tamamilə yeni əməkdaşlıq formatıdır ki, bu da regional və beynəlxalq siyasətin aktual məsələlərinin hərtərəfli müzakirəsi üçün unikal imkan yaradır”.

“Report” xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatında keçirilən birinci iclasın yekununa dair brifinqdə bildirib.

“Bu gün biz nəqliyyat əlaqələrinin və informasiya-kommunikasiya infrastrukturunun inkişafı yolu ilə də qarşılıqlı əlaqənin daha da gücləndirilməsinin vacibliyini vurğulayaraq hər bir ölkənin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qəti və qeyd-şərtsiz dəstəyini bir daha təsdiqlədik. Üzvləri Özbəkistan, Azərbaycan və Türkiyə olan beynəlxalq təşkilatlar çərçivəsində səylərin əlaqələndirilməsini davam etdirməyə hazır olduğumuzu bildirdik”, - XİN başçısı vurğulayıb.

Eyni zamanda, V.Norov qeyd edib ki, tərəflər bu ilin noyabrında Özbəkistanda keçiriləcək Türk Dövlətləri Təşkilatının birinci zirvə toplantısına hazırlığı müzakirə ediblər.
Вернуться назад