Главная > Siyasət > Azərbaycanın hərbi gəmiləri Rusiyada səfərdədir - FOTO

Azərbaycanın hərbi gəmiləri Rusiyada səfərdədir - FOTO


28-07-2022, 15:23. Разместил: admin
Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) “G-121” və “G-129” gözətçi gəmiləri Rusiya Federasiyasında səfərdədir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi dənizçilərimiz Rusiya Federasiyasının Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.



Вернуться назад