Главная > Siyasət > Müdafiə naziri döyüşlə bağlı tapşırıq verdi

Müdafiə naziri döyüşlə bağlı tapşırıq verdi


16-11-2019, 12:42. Разместил: azadses
Zakir Həsənov əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirilib.
Nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən əməliyyat təliminin nəticələrini təhlil edərək Müdafiə naziri qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini bildirib, komandir heyətinin qoşunları idarə etmək bacarığını, ümumilikdə hərbi qulluqçuların peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib. 
Müdafiə naziri təlimin əhəmiyyətini qeyd edərək, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb, döyüş hazırlığının daha da artırılması məqsədilə müxtəlif səviyyələrdə təlim və məşqlərin sayının və effektivliyinin artırılmasını əmr edib.
General-polkovnik Z.Həsənov ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, müdafiə sisteminin hərtərəfli təminatı, döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müvafiq göstəriş verib.
Müşavirədə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi işinin real faktlardan istifadə edərək qəhrəmanlıq nümunələrinə əsaslanmaqla həyata keçirilməsinin, hərbi qulluqçuların Vətənə, dövlətə və Ali Baş Komandana misilsiz sədaqət ruhunda tərbiyə olunmasının vacibliyi qeyd olunub.




Вернуться назад