Главная > Siyasət / Manset > Türkiyə rusiyalıların xaricdə daşınmaz əmlak aldığı ölkələr arasında lider oldu
Türkiyə rusiyalıların xaricdə daşınmaz əmlak aldığı ölkələr arasında lider oldu22-07-2022, 17:52. Разместил: admin |
Rusiyalıların xaricdə daşınmaz əmlaka tələbi 2022-ci ilin birinci yarısında 61% artıb, müraciətlərin sayına görə ilk yerdə Türkiyə qərarlaşıb. Bu barədə TASS “Tranio”nun (beynəlxalq daşınmaz əmlak brokeri) araşdırmasına istinadla xəbər yayıb. Məlumata görə, artım sanksiyalar və Rusiya qanunvericiliyinə edilən dəyişikliklər fonunda qeydə alınıb. Bildirilir ki, fevral ayına qədər potensial alıcılardan Türkiyədə daşınmaz əmlak alanların sayı 10% idisə, iyun ayında göstərici 25%-ə çatıb. Siyahıda ilk üçlükdə Türkiyədən sonra İspaniya və Birləşmiş Ərəb Əmirlikləri yer alıb. Rusiyadan müraciətlərin sayında azalma isə ABŞ, İsveçrə, Kanada, Almaniya və Böyük Britaniya kimi ölkələrdə qeyd olunur. Вернуться назад |