Главная > Siyasət / Manset > Gürcüstan Prezidenti: “Azərbaycanla çox yaxşı münasibətlərimiz var”

Gürcüstan Prezidenti: “Azərbaycanla çox yaxşı münasibətlərimiz var”


22-07-2022, 14:52. Разместил: admin
“Bizim Azərbaycanla çox yaxşı münasibətlərimiz var”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Birinci kanalda yayımlanan “Günün mövzusu” proqramına müsahibəsində deyib.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin bu yaxınlarda Bakıda səfərdə olduğunu qeyd edən dövlət başçısı Gürcüstan hökumətinin onunla görüş imkanını qaçırmasını tənqid edib:

“Biz Avropa Komissiyasının Prezidentindən xahiş edə bilərdik ki, onunla söhbət aparmağımız üçün Gürcüstana yarım saatlıq gəlsin”.

S.Zurabişvilinin fikrincə, hökumət üzvləri Brüsseldə yüksək vəzifəli nümayəndələrlə şəxsən görüşməli və Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu alması üçün yerinə yetirməli olduğu 12 şərti müzakirə etməli idi:

“İşləmək bu cür olur. Lakin biz bir-birimizi ittiham etməyə üstünlük veririk və hər birimiz haqlı çıxmaq istəyirik. İşlər belə görülmür”.
Вернуться назад