Главная > Siyasət / Manset > Türkiyə kəşfiyyatı uzun müddətdir axtardığı terrorçunu zərərsizləşdirdi - FOTO

Türkiyə kəşfiyyatı uzun müddətdir axtardığı terrorçunu zərərsizləşdirdi - FOTO


18-07-2022, 15:19. Разместил: admin
Qırmızı bülletenlə axtarılan terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Twitter” hesabında açıqlama verib.

Nazir qırmızı bülletenlə axtarışda olan narıncı kateqoriyadakı PKK terrorçusu Necati Utku Kirazın zərərsizləşdirildiyi barədə məlumat verib.

“Uzun müddətdir ki, təqib edirdik. Jandarma Kəşfiyyatı və Diyarbəkir polisinin uğurlu əməliyyatı ilə son zərbə vuruldu. Bir çox hadisələrin səbəbkarı, qırmızı bülletenlə axtarılan “Azat Kendal” kod adlı Necati Utku Kiraz və daha bir terrorçu zərərsizləşdirildi. Əlinizə sağlıq, qəhrəmanlar”, - deyə Süleyman Soylu qeyd edib.


Вернуться назад