Главная > Siyasət / Manset > Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti gözlənilmədən İrəvana gəlib
Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti gözlənilmədən İrəvana gəlib15-07-2022, 23:19. Разместил: admin |
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək səviyyəli rəsmilərinin də daxil olduğu Amerika nümayəndə heyəti gözlənilməz səfərlə Ermənistanın paytaxtı İrəvana gəlib. Bu faktı “Evropeyskaya pravda”nın Ermənistan rəhbərliyinə yaxın mənbəsi təsdiqləyib. “Evropeyskaya pravda” həmsöhbəti Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rəhbərinin nümayəndə heyətinin üzvləri arasında olması və onun səfərinin məqsədi ilə bağlı aydınlaşdırıcı suala cavab verməkdən imtina edib. Bundan əvvəl Rusiyanın “İnterfaks” xəbər agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ kəşfiyyatının rəhbəri Uilyam Berns cümə günü bir neçə saatlıq İrəvana səfər edib. Rəsmi İrəvan və ABŞ-ın Ermənistandakı səfirliyi “Azadlıq” radiosunun erməni xidmətinin sorğusuna cavab olaraq Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin İrəvana gəlməsi ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib ediblər. Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən bildirilib ki, hazırda Bernsin səfəri ilə bağlı məlumata malik deyillər. ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidməti MKİ rəhbərinin Ermənistana səfəri ilə bağlı xəbərə münasibət bildirməyəcəklərini, eyni zamanda da Bernsin İrəvanda olduğunu inkar etmədiklərini qeyd edib. Əgər Bernsin Ermənistana səfəri rəsmən təsdiqlənərsə, bu, MKİ rəhbərinin Ermənistana ilk səfəri olacaq. Xatırladaq ki, Rusiya daha əvvəl ABŞ administrasiyasının “rusofob kursuna” cavab olaraq MKİ rəhbərinə qarşı sanksiyalar tətbiq etmişdi. Вернуться назад |