Главная > Siyasət / Manset > Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşəcəyi ölkə məlum olub - YENİLƏNİB
Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşəcəyi ölkə məlum olub - YENİLƏNİB15-07-2022, 19:19. Разместил: admin |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Tbilisidə görüşəcək. "Report" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, nazirlər iyulun 16-da Gürcüstan paytaxtında görüşəcək. Bu, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ilk ikitərəfli görüşüdür. Bundan əvvəl xarici işlər nazirləri Düşənbədə Rusiya xarici işlər naziri ilə üçtərəfli görüşlər çərçivəsində danışıqlar aparıblar. 18:55 Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər. "Report"un xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib. Prezident qeyd edib: "Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mənim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir. Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın". Вернуться назад |