Главная > Siyasət > Ali Baş Komandanımızın yanında olmalıyıq!

Ali Baş Komandanımızın yanında olmalıyıq!


22-07-2020, 10:11. Разместил: azadses
"Erməni silahlı qüvvələri tərəfindən iyulun 12-də Tovuz istiqamətində törətdiyi təxribata Azərbaycan  Ordusu layiqli cavab verdi. Düşmən tərəf çox böyük canlı və texnika itkisə məruz qalıb. Təəssüf ki, heç bir müharibə itkisiz olmur. Azərbaycan tərəfi də itki verib. Allah şəhidlərimizə rəhmət eləsin. Hər birinin ruhu qarşısında baş əyirik". Azad Səs xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının üzvü Hüseyn Qurbanov deyib. H. Qurbanov bildirib ki, həm şəhidlərimizin dəfnində, eyni zamanda iyulun 14-də axşam saatlarında insanların Bakıda küçələrə axışması şəhidlərimizin ruhuna göstərilən hörmət, eyni zamanda Ali Baş Komnadanımıza və Milli Ordumuza dəstəyin bariz nümunəsi idi: "Bu, hər birimiz üçün fəxarət hissi idi. Ordumuz da xalqın bu böyük dəstəyi ilə daha da şücaət göstərəcək. Çünki ordumuz və Ali Baş Komandanımız bilir ki, xalqımız onlara dəstəkdir və onların arxasındadır". O qeyd edib ki, aksiya zamanı kiçik qrupun təxribatı bağışlanmazdır. Çünki belə bir vətənpərvərlik, orduya dəstək aksiyasının mahiyyətini  dəyişməyə cəhd göstərmək düşmən dəyirmanına su tökməkdir.  “Təbii ki, burada ermənipərəst dairələrin, anti-azərbaycançı mərkəzlərin və onların əlaltısı olan “beşinci kolon”un birbaşa rolu var. Həmin çirkin təxribatı törədənlərin qanun çərçivəsində cəzalandırılacağına şübhə yoxdur”-deyə, Yap- çi söyləyib. Hüseyn Qurbanovun  sözlərinə görə, bir məqamı unuda bilmərik ki, hazırda təhlükəli məqamdır və virus faktını görməzdən gəlmək olmaz: "Koronavirus pandemiyası dövründə bu qədər insanın bir yerə toplaşması, yaxın məsafədə təmasda olması çox təhlükəli bir məqamdır. COVID-19-a qarşı aparılan mübarizə çərçivəsində ölkəmizdə bir çox işlər görülüb. İnsanlarımız anlamalıdırlar ki, bu gün müharibə şəraitində olan ölkəmiz, həm də koronavirus kimi bir bəla ilə mübarizə aparır". H.Qurbanov söyləyib ki, bu məsələdə xüsusilə səhiyyəmizin üstünə çox iş düşür və səhiyyə işçilərimiz bu virusla amansız mübarizə aparırlar: "Cəbhədən gələn yaralılarımız olur və eyni zamanda virusa yoluxmuş insanlarımızın sayı çoxalarsa, bu da səhiyyəmizi çətin vəziyyətə sala bilər. Biz xalq olaraq bu məsələlərdə daha diqqətli olmalı, vəziyyəti daha dərindən analiz etməli və heç bir emosiyaya yol verməməliyik. Biz hər birimiz vətədaş olaraq yenə də Ali Baş Komandanımızın yanında olmalı, onun tapşırıqlarına əməl etməklə Ordumuza arxa cəbhədə öz dəstəyimizi göstərməliyik 
Вернуться назад