Главная > Siyasət / Manset > “Taliban”ın Kabil Hava Limanı üçün BƏƏ ilə razılaşdığı iddia edilir

“Taliban”ın Kabil Hava Limanı üçün BƏƏ ilə razılaşdığı iddia edilir


10-07-2022, 16:22. Разместил: admin
Əfqanıstanda administrasiyanı ələ keçirən “Taliban”ın paytaxt Kabil və ölkənin digər şəhərlərindəki bəzi hava limanlarının idarəçiliyini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) üzərinə götürməsi ilə bağlı razılığa gəlmək üzrə olduğu iddia edilib.

Bu barədə danışıqlarda iştirak edən mənbələrə istinadən “Reuters” məlumat verib.

Məlumata görə, razılaşmanın yaxın həftələrdə ictimaiyyətə açıqlanacağı gözlənilir.

Məlumdur ki, “Taliban” daha əvvəl Kabil hava limanının istismarı üçün Qətər və Türkiyə ilə danışıqlar aparmışdı. Qətər, Türkiyə və BƏƏ-nin hava limanlarını müştərək təhvil aldığını qeyd edən “Reuters” mənbələrə istinadən tenderin yalnız BƏƏ-yə veriləcəyini qeyd edib. BƏƏ əvvəllər hava limanlarının fəaliyyətində mühüm rol oynayıb.

“Reuters”in dəyərləndirməsinə görə, bu razılaşma “həm BƏƏ-nin rəqib kimi gördüyü Qətər üzərində üstünlük əldə etmək, həm də beynəlxalq səviyyədə təcrid olunmuş “Taliban” administrasiyasının təcridini qırmaq yolunda mühüm addım kimi qəbul edilə bilər”.

BƏƏ ilə razılaşmaya əsasən, hava limanlarının təhlükəsizliyi ilə bağlı məsələləri öz ərazilərində xarici qüvvələrin olmasını istəməyən “Taliban”ın tələbi ilə əfqanlar üzərinə götürəcək.
Вернуться назад