Главная > Siyasət / Manset > “Taliban” əleyhdarları Əfqanıstanda Baqram aerodromuna hücum etdilər

“Taliban” əleyhdarları Əfqanıstanda Baqram aerodromuna hücum etdilər


6-07-2022, 14:22. Разместил: admin
Kabildən 60 km şimalda yerləşən Baqram aerodromu “Taliban”a qarşı çıxan Əfqanıstan Azadlıq Cəbhəsinin döyüşçüləri tərəfindən hücuma məruz qalıb.

Bu barədə “Aamaj News” xəbər verib.

“Bu gün (5 iyul) Pərvan əyalətindəki Baqram aerodromuna raket hücumlarının həyata keçirildiyi, nəticədə altı “Taliban” üzvünün öldürüldüyü, ikisinin isə yaralandığı barədə cəbhədən videoyazılar və mətn mesajı yayılıb”, - deyə məlumatda qeyd edilib.
Вернуться назад