Главная > Siyasət / Manset > Fuad Axundov: “Ermənistan milli tarixşünaslığı dəyişdirməli, yalnız tarixi faktlara əsaslanmalıdır”
Fuad Axundov: “Ermənistan milli tarixşünaslığı dəyişdirməli, yalnız tarixi faktlara əsaslanmalıdır”6-07-2022, 08:41. Разместил: admin |
“Ermənistan milli tarixşünaslığı dəyişdirməli, yalnız tarixi faktlara və hadisələrə əsaslanmalıdır”. “Report” xəbər verir ki, bunu politoloq Fuad Axundov deyib. “Ermənistan dünyada yeganə ölkədir ki, öz memarlıq və toponimik görkəmini Azərbaycan tərzindən erməniyə tamamilə dəyişib. Beləliklə, bu dövlət törətdiyi cinayətlərin izini dünya ictimaiyyətindən gizlətmək üçün tarixi saxtalaşdırır. Ermənistan beynəlxalq elmi ictimaiyyəti güldürməyi dayandırmalı və tarixşünaslığı elmi “relslərə” köçürməlidir”, - politoloq “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” kitabını şərh edərkən bildirib. Axundov, eyni zamanda Ermənistanın 2000-ə yaxın Azərbaycan toponim və hidronimini ermənicə dəyişdirdiyini vurğulayıb. Politoloq avropalıların hindu şəhərlərinin, çaylarının və göllərinin tarixi adlarını saxlamaqla, yeni ərazilər saldığı ABŞ tarixindən misallar çəkib. O, qeyd edib ki, Azərbaycan Ermənistanda tarixi irsin qorunub saxlanmasını müdafiə etməklə yanaşı, ərazi iddiaları ilə çıxış etmir. “Azərbaycan Ermənistana ərazi iddiası irəli sürmür. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur. Nəzərə alsaq ki, bu gün Ermənistan cəmiyyətində müasir tarixə bir çox yanaşmalar yenidən dəyərləndirilir, bu da tarixşünaslıqda köklü islahatlar üçün əlverişli imkan yaradır ki, saxta deyil, tarixi faktlar hər zaman ön planda olsun. Çünki saxtalaşdırma qonşulara qarşı növbəti ərazi iddiaları üçün ilkin şərtlərə çevrilir. Elə həmin ərazi iddiaları Ermənistanı qanlı müharibələrə sürükləyib”, - Axundov vurğulayıb. Вернуться назад |