Главная > Siyasət > İlham Əliyev dövlət agentliyinə 6,9 milyon manat ayırdı
İlham Əliyev dövlət agentliyinə 6,9 milyon manat ayırdı5-07-2022, 16:23. Разместил: admin |
Prezident İlham Əliyev Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, on dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 6,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Вернуться назад |