Главная > Siyasət / Manset > Ərdoğan: “Anadolunu parçalamaq istəyənləri qovduq, yeni səhifə açdıq”

Ərdoğan: “Anadolunu parçalamaq istəyənləri qovduq, yeni səhifə açdıq”


1-07-2022, 21:40. Разместил: admin
“I Dünya Müharibəsindən sonra Anadolunu parçalamaq istəyənləri qovduq, yeni səhifə açdıq”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetindəki Məzun Günü münasibətilə təşkil edilən mərasimdə deyib.

“Başımızı qaldırmayaq deyə təkpartiyalı faşizmlə, çevrilişlərlə, terror təşkilatları ilə hər vasitə və üsulla xeyli çalışıblar. Ordumuz da bundan dərs götürdü. Qısa müddət əvvəl “Efes” təlimini həyata keçirdik. ABŞ başda olmaqla 39 ölkənin qatıldığı təlim uğurla keçdi. Küllərindən dirilən bir millət olaraq Türkiyə hər an, hər yerdə hər cür qələbəyə hazırdır. Biz bunu Azərbaycanda, Qarabağda göstərdik”, - deyə o qeyd edib.
Вернуться назад