Главная > Siyasət / Manset > Ərdoğan: “İsveç Türkiyəyə 73 PKK üzvünü təslim edəcək”

Ərdoğan: “İsveç Türkiyəyə 73 PKK üzvünü təslim edəcək”


30-06-2022, 22:43. Разместил: admin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO zirvə toplantısından sonra mətbuat konfransı keçirib.

O, sammitin NATO tarixində ən mühüm toplantılardan biri olduğunu vurğulayıb.

Dövlət başçısı alyansın Ukraynaya tam dəstək verdiyini, davamlı atəşkəs üçün Türkiyənin diplomatik səylərini gücləndirməli olduğunu qeyd edib.

“Biz bu həftə sonu və ya gələn həftənin əvvəlində həm cənab Putin, həm də cənab Zelenski ilə telefon diplomatiyamızı davam etdirməyə çalışacağıq. Danışıqlarımız, həmçinin ən qısa zamanda taxıl dəhlizini işə salmağa səy göstərəcəyik”, - deyə Ərdoğan bəyan edib.

Türkiyə Prezidenti həmçinin İsveç və Finlandiya ilə imzalanan üçtərəfli memorandumu diplomatik zəfər kimi qiymətləndirib.

“Biz bu anlaşma memorandumunu həssaslıqlarımızı başa düşmə əlaməti kimi görürük. Türkiyə İsveçdən 73 PKK üzvünün təslim ediləcəyi barədə zəmanət alıb. Təbii ki, əsas verilən vədləri həyata keçirməkdir. Növbəti prosesdə məsələlərin icrasını diqqətlə izləyəcək və buna uyğun addımlarımızı atacağıq. Bu memorandum diplomatik qələbədir”, - deyə Ərdoğan bildirib.
Вернуться назад