Главная > Siyasət / Manset > Ərdoğan Consonla görüşdü

Ərdoğan Consonla görüşdü


29-06-2022, 21:21. Разместил: admin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Sammitində iştirak etmək üçün getdiyi Madriddə ikitərəfli təmaslarını davam etdirir.

Dövlət başçısı növbəti görüşünü İngiltərə Baş naziri Boris Conson ilə keçirib.

IFEMA Konqres Mərkəzində keçirilən görüş mətbuata qapalı olub.

Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar, Prezident Administarsiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, prezidentin sözçüsü İbrahim Kalın, MİT sədri Hakan Fidan və AK Partiya Rize millət vəkili, NATO Parlament Assambleyası Türkiyə Qrupunun sədri Osman Aşkın Bak da iştirak edib.
Вернуться назад