Главная > Siyasət / Manset > ABŞ beş Çin şirkətini Rusiya ordusuna kömək etdiklərinə görə qara siyahıya saldı
ABŞ beş Çin şirkətini Rusiya ordusuna kömək etdiklərinə görə qara siyahıya saldı29-06-2022, 18:23. Разместил: admin |
ABŞ beş Çin şirkətini sanksiyaları pozduqlarına görə qara siyahıya salıb. Onların Ukraynanı işğaldan əvvəl və onun işğalı zamanı Rusiyanın hərbi və müdafiə şirkətlərinə kömək etdikləri düşünülür. Ticarət Departamenti Çinin “Connec Electronic”, “King Pai Technology”, “Sinno Electronics”, “Winninc Electronic” və “World Jetta (HK) Logistics” şirkətlərini siyahıya əlavə edib. Faktiki olaraq Amerika şirkətlərinin siyahıdakı şirkətlərə ixracı qadağan edilir. “Bugünkü hərəkətlər bütün dünyada hüquqi və fiziki şəxslərə güclü siqnal verir ki, onlar Rusiyaya dəstək verməyə çalışsalar, ABŞ onları dayandıracaq”, - deyə Ticarət Departamentinin katibinin müavini Alan Esteves qeyd edib. Вернуться назад |