Главная > Siyasət / Manset > Conson: “Rusiya ilə NATO arasında gərginlik birbaşa toqquşmaya çevrilməyəcək”
Conson: “Rusiya ilə NATO arasında gərginlik birbaşa toqquşmaya çevrilməyəcək”28-06-2022, 20:05. Разместил: admin |
Böyük Britaniyanın Baş naziri Conson Rusiya ilə NATO arasında birbaşa toqquşmanın mümkün olmadığını deyib. O hesab edir ki, NATO ilə Rusiya arasında gərgin münasibətlər birbaşa toqquşmaya çevrilməyəcək. “Düşünürəm ki, bu həddə çatmayacaq. Təbii ki, biz məsələnin Ukrayna ilə məhdudlaşması üçün hər şeyi edirik”, - deyə o, çərşənbə axşamı jurnalistlərə bildirib. Brifinq Britaniyanın “Sky News” telekanalı tərəfindən yayımlanıb. Eyni zamanda siyasətçi Moskvadan getdikcə artdığı iddia edilən təhlükəyə cavab verilməsinin vacibliyinə də diqqət çəkib. Вернуться назад |