Главная > Siyasət / Manset > Ərdoğan: “Bayden yenidən görüşməyimizi istəyir

Ərdoğan: “Bayden yenidən görüşməyimizi istəyir


28-06-2022, 15:23. Разместил: admin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın paytaxtı Madriddə NATO Sammitində amerikalı həmkarı Co Baydenlə görüşə bilər.

Bu barədə Ərdoğan sammit öncəsi hava limanında açıqlama verərkən deyib.

“Bu səhər Baydenlə telefon danışığımız oldu. O, yenidən görüşmək istədiyini bildirdi. Biz də “olar” dedik. Lazım gələrsə, NATO Zirvəsində bir araya gələcəyik”, - deyə o qeyd edib.

Ərdoğan bildirib ki, “F-16 məsələsi hələ masadadır, orada da yayındırma taktikası gedir”.
Вернуться назад