Главная > Siyasət > Ukraynaya üç ədəd “Bayraktar” pulsuz veriləcək - FOTO
Ukraynaya üç ədəd “Bayraktar” pulsuz veriləcək - FOTO28-06-2022, 11:00. Разместил: admin |
Türkiyənin “Baykar” şirkəti Ukraynaya üç ədəd pulsuz “Bayraktar TB2” PUA verəcək. Bu barədə şirkət “Twitter” səhifəsində məlumat yayıb. Qeyd olunub ki, istehsalçı “Xalq Bayraktarı” adlı ianə kampaniyasından xəbərdardır. “Baykar TB2 üçün ödənişi qəbul etməyəcək və 3 PUA-nı pulsuz olaraq Ukrayna cəbhəsinə göndərəcək”, - şirkətdən bildirilib. Eyni zamanda, “Baykar” toplanan vəsaiti Ukrayna xalqına mübarizədə kömək etmək üçün göndərməyi xahiş edib. Xatırladaq ki, ukraynalılar ölkənin Silahlı Qüvvələri üçün “Bayraktar” pilotsuz uçan aparatları almaq məqsədilə üç gün ərzində Sergey Pritulanın fonduna 15 milyon dollar vəsait göndəriblər. Вернуться назад |