Главная > Siyasət / Manset > İsrail İranın təhdidlərinə qarşı ABŞ-la “Yaxın Şərq HHM alyansı” yaradacaq
İsrail İranın təhdidlərinə qarşı ABŞ-la “Yaxın Şərq HHM alyansı” yaradacaq21-06-2022, 10:47. Разместил: admin |
İsrail və ABŞ “Yaxın Şərq hava hücumundan müdafiə alyansı” yaratmaq üzərində işləyirlər. Bu barədə İsrailin müdafiə naziri Benni Qantz bildirib. ABŞ Prezidenti Co Baydenin iyulun 13-14-nə ölkəyə planlaşdırılan səfəri zamanı bu mövzunun müzakirəsi planlaşdırılır. Knessetin (parlament) xarici işlər və müdafiə komitəsinin iclasında danışan Qantz bildirib ki, bu hava hücumundan müdafiə alyansı “İranın İsraili və regiondakı digər ölkələri təhdid etmək cəhdləri barədə artıq xəbərdarlıq edib”. O, başqa təfərrüatları açıqlamayıb. Nazir xaricdə olan İsrail vətəndaşlarına qarşı mümkün hücum halında sərt cavabın hazırlanmasını da tapşırıb: “Bizim ixtiyarımızda bir sıra imkanlarımız var, İsrail vətəndaşlarına hər-hansı bir zərər bizi bu vasitələrdən istifadəyə vadar edəcək”. Ötən həftə İstanbulda bir qrup iranlı əməliyyatçı İsrail vətəndaşlarına qarşı hücum hazırlamaqda ittiham edilərək saxlanılıb. Eyni zamanda İsrail Dəməşqi İran silahlarından imtina etmədiyi təqdirdə Suriya Prezidenti Bəşər Əsədin saraylarından birinə zərbə endirəcəyi ilə hədələyib. Вернуться назад |