Главная > Siyasət / Manset > Parlamentdə iki deputat arasında inhisarçılıq “davası”: “Bəy tərifi ilə məşğul olmuram”

Parlamentdə iki deputat arasında inhisarçılıq “davası”: “Bəy tərifi ilə məşğul olmuram”


20-06-2022, 16:37. Разместил: admin
“Azərbaycanda 3-4 sahədə inhisarçılıq ola bilər. Amma ümumilikdə monopoliya yoxdur”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin deputatı Rüfət Quliyev 2022-ci ilin dövlət büdcəsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

“Əli Məsimli bildirdi ki, ölkədə monopoliya var. Konkret hansı sahələrdə inhisarçılıq var, onu demək lazımdır. Mən burada bəy tərifi ilə məşğul olmaq istəmirəm, amma ciddi dəyişikliklər var”.

Əli Məsimli isə qeyd edib: “Rüfət müəllim, siz iqtisadiyyatın elə bir sahəsini deyin ki, orada monopoliya olmasın”.

Qeyd edək ki, iclasda deputat Əli Məsimli ölkədə məmur monopoliyasının olduğunu və bunun Azərbaycan xalqına ziyan vurduğunu deyib.
Вернуться назад