Главная > Siyasət > ABŞ-ın Xarici Əlaqələr üzrə Milli Komitəsinin Prezidenti Azərbaycana təşəkkür edib

ABŞ-ın Xarici Əlaqələr üzrə Milli Komitəsinin Prezidenti Azərbaycana təşəkkür edib


19-06-2022, 19:49. Разместил: admin
ABŞ-ın Xarici Əlaqələr üzrə Milli Komitəsinin Prezidenti və baş icraçı direktoru Suzan Elliott Azərbaycana təşəkkür edib.

“Report” xəbər verir ki, Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda iştirak edən Suzan Elliott bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinin sürətlə aparıldığını görmək onu çox maraqlandırıb.

“Mən Azərbaycan hökumətinə bunu bacardığına görə təşəkkür edirəm", - Elliot deyib.

Onun sözlərinə görə, bir çox beynəlxalq təşkilatlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin təmizlənməsinə kömək edə bilər ki, məcburi köçkünlər öz evlərinə qayıda bilsinlər.
Вернуться назад