Главная > Siyasət / Manset > Conson Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmağa çağırıb

Conson Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmağa çağırıb


19-06-2022, 09:19. Разместил: admin
Dünya Rusiyanın Ukraynaya qarşı uzun sürən müharibəsinə hazırlaşmalıdır.

Bunu Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib.

O qeyd edib ki, Putin hələ də Ukraynanın tam fəthinin mümkün olduğunu düşünə bilər.

Baş nazir vurğulayıb ki, Böyük Britaniya və digər müttəfiqlər Ukraynanın son nəticədə qalib gəlməsi üçün strateji dözümlülüyə malik olmasını təmin etməlidir.

“Vaxt hər şeyi həll edir. Hər şey Ukraynanın öz torpaqlarını müdafiə etmək qabiliyyətini Rusiyanın hücum qabiliyyətini bərpa edə bilməsindən daha tez artırıb-artıra bilməyəcəyindən asılı olacaq”, - deyə hökumət başçısı bildirib.
Вернуться назад