Главная > Siyasət / Manset > Ekvadorun sabiq XİN başçısı: “Pandemiyadan sonrakı bərpa işləri ilə bağlı bərabərsizlik var”

Ekvadorun sabiq XİN başçısı: “Pandemiyadan sonrakı bərpa işləri ilə bağlı bərabərsizlik var”


17-06-2022, 13:19. Разместил: admin
“Kasıb və zəngin ölkələr arasında pandemiyadan sonrakı bərpa ilə bağlı qeyri-bərabərlik müşahidə olunur”.

“Report” xəbər verir ki, bunu BMT Baş Assambleyasının eks-prezidenti, Ekvadorun sabiq xarici işlər naziri Maria Fernanda Espinosa IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” adlı paneldə deyib.

O, pandemiya dövründə ölkələr arasında uzlaşdırılmış işin olmadığını, həmçinin dövlətlər arasında peyvəndlərin paylanması ilə bağlı qeyri-bərabərliyin olduğunu vurğulayıb.

“Bir müddət eqoist reaksiya pandemiyanın qarşısının alınması məsələsində irəliləyişə nail olmağa imkan verməyib”, - M.Espinosa bildirib.

O əlavə edib ki, pandemiya ilə mübarizədə birliyə ehtiyac var.
Вернуться назад