Главная > Siyasət > Ted Nims: “Azərbaycan azad edilmiş ərazilərdə dağıntıları tezliklə bərpa edəcək”

Ted Nims: “Azərbaycan azad edilmiş ərazilərdə dağıntıları tezliklə bərpa edəcək”


16-06-2022, 19:27. Разместил: admin
“Qarabağı gözlərimlə gördüm və nəhayət Şuşanı ziyarət etdim”.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ səyyahı Ted Nims məlumat verib.

Onun sözlərinə görə, səfər zamanı tarixi abidələrin dağılmış vəziyyətdə olduğunu görüb. T.Nims Azərbaycanın onları tezliklə bərpa edəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, bu gün bir qrup tanınmış xarici səyyah Azərbaycanın azad edilmiş ərazilərinə səfərə başlayıb. Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 səyyah üç gün ərzində Azərbaycanın azad edilmiş ərazilərində səfərdə olacaq.

Nümayəndə heyəti bu gün Azıx mağarasını və Şuşaya səfər ediblər. Daha sonra onlar Ağdama, Kəlbəcərə və Laçına gedəcəklər.
Вернуться назад