Главная > Siyasət / Manset > Ərdoğan NATO rəhbərilə danışdı

Ərdoğan NATO rəhbərilə danışdı


15-06-2022, 21:41. Разместил: admin
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.

Söhbət zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətləri müzakirə edilib.

Prezident Ərdoğan məsələ ilə bağlı Türkiyənin haqlı narahatlıqlarını aradan qaldırmaq üçün addımların atılmasının vacibliyini bir daha vurğulayıb.

Dövlət başçısı hər iki ölkədən Türkiyənin gözləntilərinə cavab verən konkret addımlar görmədən, terrorla mübarizə və müdafiə sənayesi əməkdaşlığında paradiqma dəyişikliyinə dair yazılı öhdəliklər olmadan prosesdə irəliləyiş əldə edilə bilməyəcəyini vurğulayıb.

Stoltenberq Türkiyə prezidentilə söhbəti sonrası sosial media hesabında paylaşım edərək, danışıqları konstruktiv adlandırıb.

“Prezident Rəcəb Tayyib Ərdoğanla NATO sammiti ərəfəsində konstruktiv söhbət.

Biz Türkiyənin terrorizmlə mübarizədə təhlükəsizliklə bağlı haqlı narahatlıqlarının aradan qaldırılmasının vacibliyini və Finlandiya ilə İsvecin NATO-ya üzvlük prosesində irəliləyişin əldə edilməsini müzakirə etdik”, - o, qeyd edib.
Вернуться назад