Главная > Siyasət > Şahnazaryan: Azərbaycan müharibə üçün ciddi arqumentlər əldə edib
Şahnazaryan: Azərbaycan müharibə üçün ciddi arqumentlər əldə edib15-11-2019, 14:06. Разместил: azadses |
"Danışıqlar masasında Ermənistan üçün qəbuledilməz sənəd qoyula bilər" Ermənistan hakimiyyətinin ziddiyətli bəyanatları Qarabağa dair danışıqlar prosesini dalana dirəyib. Azadses-in "aysor.am"a istinadən məlumatına görə, belə bəyanatla Ermənistan keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan İrəvanda "Vernatun" klubunun forumunda çıxış edib. Onun sözlərinə görə, məsələn, Bakı deyir ki, danışıqlar hansısa sənəd üzərində aparılır, Yerevan isə belə sənədin olmadığını deyir. “Bu gün Azərbaycan və beynəlxalq ictimaiyyət eyni mövqedən çıxış edir, Ermənistan isə başqa mövqedən, Rusiya xarici işlər naziri Sergey Lavrov da bu haqda artıq iki dəfə danışıb”,- deyə Şahnazaryan bildirib. Paşinyanın Qarabağa dair mövqeyini və ziddiyətli bəyanatlarını tez-tez kəskin tənqid edən, habelə onun Qarabağı Azərbaycana qaytarmağa yönəlmiş gizli planının olduğunu deyən Şahnazaryan deyir ki, belə vəziyyət Ermənistan üçün çox ciddi təhdiddir. “Və Azərbaycan artıq gələcək hərbi əməliyyatlara haqq qazandırmaq üçün ciddi arqumentlər əldə edib. Bütün bunlar ona gətirib çıxara bilər ki, hansısa beynəlxalq tədbirdə danışıqlar masasında bizim üçün qəbuledilməz sənəd qoyula bilər. Bu sənədə biz maksimum veto qoya və “Lissabon 2” əldə edə bilərik. İstisna deyil ki, belə cəhd tezliklə Bratislavada (ATƏT xarici işlər nazirlərinin görüşündə,-red.) ediləcək”,- deyə o qeyd edib. Вернуться назад |