Главная > Siyasət / Manset > Britaniyalı diplomat: “Kreml gözləyir ki, Qərb dövlətləri yorulsunlar”
Britaniyalı diplomat: “Kreml gözləyir ki, Qərb dövlətləri yorulsunlar”10-06-2022, 10:49. Разместил: admin |
“Kreml gözləyir ki, Qərb dövlətləri yorulsunlar, daha Ukraynaya silah göndərməsinlər və beləliklə Ukraynanı işğal etmək asan olsun”. Bunu Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons deyib. “Bu, Rusiyanın gözləntiləri və onun müasir müharibə dərsliklərinin bir hissəsidir - onlar həmişə Qərb ölkələrinin diqqətinin yayınacağını gözləyirlər. Mən inanıram ki, müharibənin ilk mərhələsində Qərb ölkələrinin sanksiyalar, hərbi yardımlar, Ukraynaya siyasi dəstək ətrafında birliyi Vladimir Putin üçün gözlənilməz oldu. Bu, fantastik idi, amma təəccüblü də deyildi”, - deyə xanım diplomat bildirib. M.Simmons qeyd edib ki, müharibədəki vəziyyətlə əlaqədar artıq yorğunluq yığılmağa başlayıb. “Yorğunluq varmı, yaxud o gözlənilirmi? Artıq müəyyən dərəcədə medianın yorğunluğunu hiss edə bilərsiniz və bu, olduqca təbiidir. Bilirsiniz ki, II Elizabetin taxt-taca çıxmasının 70-ci ildönümü Britaniyada əsas xəbər idi, lakin Ukrayna da, əlbəttə, hələ də diqqət mərkəzindədir. Mən hesab edirəm ki, cari ilin soyuq aylarında sizi daha ciddi çağırışlar gözləyir. Çox şey beynəlxalq ictimaiyyətin hansı qərarlar qəbul edəcəyindən, Rusiyanın enerjidaşıyıcılarından asılılığını nə dərəcədə azalda biləcəyindən asılı olacaq”, - deyə səfir bildirib. Вернуться назад |