Главная > Siyasət / Manset > Lüksemburq Rusiyanın 4,3 milyard avroluq aktivlərini dondurub

Lüksemburq Rusiyanın 4,3 milyard avroluq aktivlərini dondurub


9-06-2022, 10:18. Разместил: admin
Lüksemburq Rusiyanın Ukraynaya hücumuna cavab olaraq Aİ-nin sanksiyaları çərçivəsində Rusiyanın təxminən 4,3 milyard avroluq aktivlərini dondurub.

Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Maliyyə naziri Yuriko Bakesin sözlərinə görə, bunlar bank depozitləri və qiymətli kağızlardır. Aİ-nin sanksiyalar siyahılarına məruz qalmış şəxslər və şirkətlər ticarət reyestrində aşkar ediliblər. Lüksemburqun maliyyə nazirliyi bildirib ki, indiyədək 90-dan çox adam və 1100-ə yaxın şirkət və təşkilatın adı açıqlanıb.

125 beynəlxalq bankı olan Lüksemburq ən mühüm beynəlxalq maliyyə mərkəzlərindən biridir və milli maliyyə agentliyi LFF-in məlumatına görə, Avropanın investisiya fondları üzrə ən böyük ticarət mərkəzidir.
Вернуться назад