Главная > Siyasət / Manset > Zakir Həsənov qırğızıstanlı həmkarı ilə fikir mübadiləsi aparıb

Zakir Həsənov qırğızıstanlı həmkarı ilə fikir mübadiləsi aparıb


8-06-2022, 23:00. Разместил: admin
İyunun 8-də İzmir şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov arasında ikitərəfli formatda görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-təhsil və qarşılıqlı əməkdaşlığın müxtəlif sahələri, eləcə də maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Вернуться назад