Главная > Siyasət / Manset > Rusiya Xerson vilayəti ilə inzibati sərhəd yaxınlığında “İsgəndər”lər yerləşdirib
Rusiya Xerson vilayəti ilə inzibati sərhəd yaxınlığında “İsgəndər”lər yerləşdirib8-06-2022, 22:23. Разместил: admin |
![]() Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik brifinqdə bildirib. Onun sözlərinə görə, işğal olunmuş Krım ərazisindən düşmənin raket zərbələri endirmək təhlükəsi qalmaqdadır. Motuzyanik Xerson vilayəti ilə inzibati sərhəddən 8 km məsafədə yerləşən Melkovodnoe yaşayış məntəqəsi ərazisində işğalçıların “İsgəndər-M” Operativ Taktiki Raket Komplekslərinin raket diviziyasını yerləşdirdiyi barədə dəqiq məlumat əldə edib. O xatırladıb ki, düşmən gəmiləri Qara dənizin şimal-qərb hissəsində gəmiçiliyin qarşısını almaqda davam edir. Xüsusilə düşmənin 4 raket gəmisi və təxminən 36 raketdən ibarət sualtı qayığı Qara dənizdə raket silahlarından istifadəyə hazır vəziyyətdədir. UNİAN-ın daha əvvəl Baş Qərargahın məlumatına istinadən verdiyi məlumata görə, Belarusda sərhəd boyu “İsgəndər”lər, təyyarələr və “Pansir”lərlə Rusiya hərbçiləri dayanıb. Вернуться назад |