Главная > Siyasət / Manset > Qod Nisanov daha bir vəzifəsindən getdi
Qod Nisanov daha bir vəzifəsindən getdi8-06-2022, 19:52. Разместил: admin |
“Kiyev Ploşad” şirkətlər qrupunun sahiblərindən biri, Azərbaycan əsilli rusiyalı iş adamı Qod Nisanov “Olimpiyski” idman kompleksinin direktorlar şurasını tərk edib. Bu barədə şirkətlər qrupunun mətbuat xidmətindən bildirilib. “2022-ci il iyunun 3-də Nisanov “Olimpiyski İdman Kompleksi” ASC-nin direktorlar şurasının sədri vəzifəsindən istefa vermək və bu layihənin bütün idarəetmə orqanlarından çıxmaq qərarına gəlib”, - deyə məlumatda bildirilir. Nisanov əvvəllər ABŞ-ın sanksiya siyahısına daxil edilib. Bir müddət öncə isə o, Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb. Qeyd edək ki, Qod Nisanov 1972-ci ildə Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Вернуться назад |