Главная > Siyasət / Manset > Britaniya parlamenti Consona etimadsızlıq göstərə bilər

Britaniya parlamenti Consona etimadsızlıq göstərə bilər


6-06-2022, 08:38. Разместил: admin
Britaniya Mühafizəkarlar Partiyasının lideri, baş nazir Boris Consondan narazı olan parlament üzvlərinin sayı hökumətə etimad səsverməsinin keçirilə biləcəyi səviyyəyə çatıb.

Mövcud qaydalara görə, belə bir səsvermənin baş tutması üçün İcmalar Palatasında yer alan mühafizəkar deputatların 15%-nin bunu tələb etməsi lazımdır. Hazırkı şəraitdə mühafizəkarlar parlamentin 650 yerlik aşağı palatasında 359 yeri tutduqları üçün 54 deputatın müvafiq müraciəti tələb olunur.

Halbuki, məlumata görə, artıq 67 parlamentari Consonun istefasının lehinə çıxış edib.

Əslində isə Consonun etibarını itirməsi ilə bağlı verilən bəyanatların dəqiq sayı rəsmən məlum deyil. Dəqiq məlumatı yalnız ənənəvi olaraq bunu gizli saxlayan 1922-ci il Komitəsinin rəhbəri Qrem Bredi bilir. Komitə sıravi, hökumtədə təmsil olunmayan mühafizəkar deputatları birləşdirir və prosedura yalnız onun başlamaq hüququ var.

İyunun 6-da deputatlar məzuniyyətdən qayıtdıqdan sonra Bredi verilən sorğuları hesablamalıdır. Əgər 54-dən çox olarsa, bu barədə Baş nazirə məlumat verəcək. Beləliklə də, Consona etimad səsverməsi artıq iyunun 8-də keçirilə bilər.

Bu halda baş nazirə sadə səs çoxluğu (180 və daha çox) lazım olacaq, bundan sonra o, ən azı bir il ərzində oxşar demarşın təkrarlanmasından sığortalanacaq.
Вернуться назад