Главная > Siyasət / Manset > Ukraynadakı vəzifəsinə qayıtmayan səfirimiz Brilliant Dadaşovanın konsertində - FOTO

Ukraynadakı vəzifəsinə qayıtmayan səfirimiz Brilliant Dadaşovanın konsertində - FOTO


2-06-2022, 19:00. Разместил: admin
Ötən gün Bakıda Xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev sarayında “Ürəklə sizinlə” adlı konsert proqramı baş tutub.

Bizim.Media-nın əldə etdiyi görüntülərə əsasən, konsertə uzun zamandır görünməyən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova da gəlib.

Qeyd edək ki, Ukraynada müharibə başladıqdan sonra dövlətimizin ali təmsilçisi kimi vəzifə məsuliyyətindən kənar addım ataraq postunu qoyub ölkəsinə gələn Azərbaycan səfiri hələ də bu addımına görə ictimaiyyətdə sərt tənqid olunur.

Üstəlik savaş meydanında hər an ölümlə çarpışan Azərbaycan vətəndaşları olduğu halda Elmira Axundovanın soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etməməsi də sərt şəkildə qınanılırdı.

Səfirimiz hələ də Ukraynadakı vəzifəsinə qayıtmayıb.


Вернуться назад