Главная > Siyasət / Manset > Deputat: “Ermənistan Brüssel razılaşmasını pozmaq istəyir” - RƏY
Deputat: “Ermənistan Brüssel razılaşmasını pozmaq istəyir” - RƏY30-05-2022, 19:05. Разместил: admin |
“Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatı və bu ölkə rəsmilərinin davranışı onu göstərir ki, onlar Brüsseldə Azərbaycanla Ermənistanın əldə etdiyi razılığı pozmaq istəyirlər. Təəssüf ki, bu birinci dəfə deyil, artıq rəsmi İrəvanın siyasətində ənənəvi hal alıb. Ermənistan davamlı olaraq bu kimi addımlar atır”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputat Ceyhun Məmmədov deyib. Deputatın sözlərinə görə, bu da bir daha ona yönəlir ki, delimitasiya, demarkasiya prosesi pozulsun, birgə komissiya fəaliyyət göstərməsin və Azərbaycanla yekun sülh müqaviləsi imzalanmasın. C.Məmmədov vurğulayıb ki, əgər Azərbaycanın başqa bir məqsədi olsaydı, Azərbaycan əsir düşmüş erməni əsgərlərini geri qaytarmazdı: “Azərbaycan sülh prosesinə hazırlaşdığı bir dövrdə heç zaman atəşkəsi pozmayıb. Ümumiyyətlə, biz prosesi təhlil edəndə bunu görürük ki, atəşkəs davamlı olaraq Ermənistan tərəfindən pozulur. Görünür hər zaman olduğu kimi Ermənistanın siyasi rəhbərliyi yenidən danışıqları pozmaq qərarına gəlib. Yəni, burada bir neçə amil var. Birincisi, görünür Paşinyan müxalif qüvvələrin müqavimətini nəzərə almağa çalışır. Amma, əslində biz prosesi təhlil edəndə bugünkü müxalifətin müqavimətinin Ermənistan hökumətinin siyasətinə, yanaşmasına təsir edəcək qədər güclü olmadığının şahidi oluruq. Növbəti faktor xarici təsirlərlə bağlıdır. Amma bu amillərin heç biri ümumi prosesə təsir göstərməməli və onu dayandırmamalıdır”. Deputat təəssüflə qeyd edib ki, Ermənistan XİN-in bəyanatları, Ermənistanın yanaşması təxribat xarakteri daşıyır və məqsədli şəkildə Azərbaycana qarşı təzyiqlərin artırılmasına cəhd xarakterli yanaşmalardır: “Bütün hallarda bu proseslərdən ən çox əziyyət çəkən Ermənistan özü olacaq. Onlar bu kimi məsələlərə son qoymağa və konstruktiv mövqe nümayiş etdirməyə çalışmalıdırlar. Bu cür əsassız ittihamlarla, bu cür yanaşma və təfəkkürlə Ermənistan irəliyə gedə bilməz. Bunun ən çox əziyyətini də Ermənistan özü çəkəcək. Azərbaycan bu gün bölgədə nüfuzu olan bir dövlətdir. Ermənistan əgər uzun müddət iqtisadi blokadada qalmaq istəmirsə, bütün danışıqlara əməl etməli və bunu anlamalıdır ki, Azərbaycan növbəti 30 ildə Ermənistanın konstruktiv mövqe nümayiş etdirməsi üçün gözləməyəcək. Ermənistan mövqeyini müəyyənləşdirməlidir. Biz ya sülh prosesinə başlamalıyıq, ya da Azərbaycan məcburdur ki, digər vasitələrlə torpaqlarımızın işğaldan azad olunması üçün qərarlar qəbul etsin və addımlar atsın”. Вернуться назад |