Главная > Siyasət / Manset > Litvanın müdafiə naziri: “Rusiya təhlükəsizliyimiz üçün uzunmüddətli təhdiddir”

Litvanın müdafiə naziri: “Rusiya təhlükəsizliyimiz üçün uzunmüddətli təhdiddir”


30-05-2022, 09:48. Разместил: admin
Putinin Ukraynaya müdaxiləsi Litvanın müdafiə siyasətini əsaslı şəkildə dəyişməyib.

Bunu Litvanın müdafiə naziri Arvidas Anuşauskas NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında bəyan edib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə Litvanın düzgün hərbi siyasət yeritdiyini bir daha sübut edib.

“Ukrayna rus təcavüzkarlarını gecikdirir. Ancaq tarixin dərslərini unuda bilmərik. Rusiya təhlükəsizliyimiz üçün uzunmüddətli təhdiddir”, - deyə nazir qeyd edib.

O, həmçinin iyun ayında Madriddə keçiriləcək NATO sammitini dəyişmək və yeni reallığa uyğunlaşmaq üçün yaxşı fürsət adlandırıb.
Вернуться назад